Advertisement

Polşalı qapıçı Ərəbistan yolunda – Trend.Az

Bakı. Trend:

Səudiyyə Ərəbistanı futbol klubu “Əl-Nəsr” Voytsex Şçesnı ilə
maraqlanır.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, “Yuventus” polşalı qapıçını satmağa hazırdır.

Turin klubu 18 milyon avroya “Montsa”dan Mikele Di Qreqorionu
transfer edəcək. Komanda digər qapıçı Mattia Perrinlə isə müqavilə
müddətini artıracaq. Nəticədə polşalı qolkiperin satılmasına yaşıl
işıq yandırılacaq.

Qeyd edək ki, Şçesnı 2017-ci ildən “Yuventus”da çıxış edir. Onun
klubla müqaviləsi gələn ilin yayında bitəcək.