Bakı. Trend:
Şimali Koreya bazar günündən bazar ertəsinə keçən gecə Cənubi
Koreya ilə sərhəddən təxminən 310 zibil balonu göndərib.
Trend-in məlumatına görə, bu barədə “Yonhap” agentıiyi Cənubi
Koreya hərbçilərinə istinadən bildirib.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsindən (JCS)
bildirilib ki, bazar günü axşam göndərilən hava balonların son
partiyasında tullantı kağız və plastik olub və heç bir zəhərli
maddə aşkar edilməyib.
Hərbçilərin hesablamalarına görə, Şimali Koreya həftə sonu
Cənubi Koreyaya 1600-dən çox zibil balonunu göndərib.





























