Bakı. Trend:
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun
Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək
rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində
itkin düşüb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər
görülür.





























