Advertisement

Bakı Fond Birjasında Kapital Bank istiqrazlarının ticarətinin açılış mərasimi olub

Bakı. Trend:

Bakı Fond Birjasında Kapital Bank istiqrazlarının ticarətinin
açılış mərasimi olub.

Trend xəbər
verir ki, istiqrazların tədavül müddəti bir il, dərəcəsi illik 10
faiz, kupon ödənişi hər 30 gündən bir, nominal dəyəri 100
manatdır.

Anderrayter qismində “PAŞA Kapital” investisiya şirkəti çıxış
edir.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Kapital Bank-ın
aktivləri 8 milyard 659 milyon manata, öhdəlikləri 7 milyard 748
milyon manata, bankın kapitalı 911 milyon 289 min manata, nizamnamə
kapitalı isə 265 milyon 85 min manata çatıb.

2023-cü ilin yekunlarına görə, bankın xalis mənfəəti 242 milyon
209 min manat təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Bakı Fond Birjasının tədavülü 27
milyard 335 milyon manat olub ki, bu da 2022-ci ilin
göstəricisindən 1,8 dəfə çoxdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun