Advertisement

Kapital Bank-ın əsas məqsədlərindən biri Azərbaycanın maliyyə bazarında fəal iştirakdır – Fərid Əliyev

Bakı. Trend:

Kapital Bank-ın əsas məqsədlərindən biri Azərbaycanın maliyyə
bazarında fəal iştirakdır.

Trend xəbər
verir ki, bu barədə Kapital Bank-ın Xəzinədarlıq Departamentinin
rəhbəri Fərid Əliyev bankın istiqrazlarının ticarətinin açılış
mərasimində jurnalistlərə deyib.

“Yeni istiqrazlara gəlincə, daha əvvəl qeyd etdiyim kimi, bankın
inkişaf strategiyasına uyğun olaraq, o, daim dinamik şəkildə
inkişaf edir. Kapital Bank-ın əsas məqsədlərindən biri də bu
bazarda fəal iştirakdır. Biz portfelimizi genişləndirməyə və
qiymətli kağızlar bazarında payımızı artırmağa çalışırıq”, – o
deyib.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Kapital Bank-ın
aktivləri 8 milyard 659 milyon manata, öhdəlikləri 7 milyard 748
milyon manata, bankın kapitalı 911 milyon 289 min manata, nizamnamə
kapitalı isə 265 milyon 85 min manata çatıb.

2023-cü ilin yekunlarına görə, bankın xalis mənfəəti 242 milyon
209 min manat təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Bakı Fond Birjasının tədavülü 27
milyard 335 milyon manat olub ki, bu da 2022-ci ilin
göstəricisindən 1,8 dəfə çoxdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun