Bakı. Trend:
Azərbaycanda transfer pəncərələrinin vaxtı müəyyənləşib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti
açıqlayıb.
2024/2025-ci illər mövsümü üçün transfer dövrlərinin vaxtı
dəqiqləşib. Yay transfer pəncərəsi iyunun 25-dən sentyabrın 16-dək
davam edəcək.
Qış transfer pəncərəsi isə 2025-ci ildə açılacaq. Klublar yeni
futbolçularını yanvarın 14-dən fevralın 10-dək qeydiyyatdan keçirə
biləcək.





























