
Bakı. Trend:
Əgər bu gün Ermənistanın konstitusiyasında Türkiyə və
Azərbaycana qarşı açıq ərazi iddiaları varsa, dövlət atributlarında
bu iddialar əksini tapıbsa, hansı sülhdən və ya münasibətlərin
normallaşdırılmasından söhbət gedə bilər?!
Trend xəbər verir ki, bunu Arb24-ə açıqlamasında Trend BİA-nın
direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.
“Sülh üçün Ermənistan ilk növbədə konstitusiyasına düzəliş
etməlidir, qonşulara qarşı işğalçılıq siyasətindən rəsmən əl
çəkməlidir. Yalnız bu halda ədalətli sülhdən söhbət gedə bilər.
Eyni zamanda, Azərbaycanın daha bir haqlı tələbi ATƏT-in Minsk
qrupunun hüquqi baxımdan ləğv edilməsi ilə bağlıdır. Lakin son
günlər biz görürük ki, Ermənistan bununla bağlı real addımlar atmaq
əvəzinə, Minsk qrupunun saxlanılmasına cəhd edir. Bu da sülh
prosesində ciddi maneələr yaradır. Çünki, hamımız yaxşı bilirik ki,
Minsk qrupu adlı qurum uzun illər münaqişənin həllinə yox, əksinə,
dondurulmasına çalışıb. Ona görə də, bu qurum hüquqi baxımdan ləğv
edilməlidir”, – deyə S.Kərimli qeyd edib.
Verilişin geniş versiyasını təqdim edirik:





























