
Bakı. Trend:
COP29-da Paris Sazişi çərçivəsində maliyyələşdirmənin təkrar
nəzərdən keçiriləcəyi gözlənilir.
Trend xəbər
verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident
Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi Bakıda
“Dayanıqlı inkişaf: problemlər və həllər” mövzusunda keçirilən
tədbirdə deyib.
“Hələ 2015-ci ildə, Paris Sazişi imzalananda, iqlim
layihələrinin ildə 100 milyard ABŞ dolları dəyərində
maliyyələşdirilməsi nəzərdə tutulurdu. İndi COP29-da Paris Sazişini
imzalamış üzv dövlətlər yeni maliyyə hədəfi təyin etmək
niyyətindədir. Bu məbləğin ildə 100 milyard dolları keçəcəyi
gözlənilir”, – deyə o vurğulayıb.
Xəbər yenilənəcək
(Tərcümə: Rəna Əbdürəhmanova)



























