Advertisement

Bu il paytaxt məktəblərində 160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib

Bakı. Trend:

2023-2024-cü tədris ilində Bakı şəhəri üzrə 18 ümumi təhsil
müəssisəsində 160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi
məlumat yayıb.

Bildirilib ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud
uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan
yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat
inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.