Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında 24 dövlət əmlakının satışı üzrə
hərraclar keçiriləcək.
Trend xəbər verir ki,
“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 9 iyul
və 11 iyulda hərracların keçirilməsi ilə bağlı prosedurlara
başlanılıb.
İlk hərracda 11 nəqliyyat vasitəsinin özəlləşdirilməsi nəzərdə
tutulub. 1999-2010-cu illərdə istehsal olunmuş müxtəlif marka və
modelə sahib nəqliyyat vasitələrinin start satış qiymətləri
1000-4200 manat arasında dəyişir.
İyulun 11-də keçiriləcək hərracda isə muxtar respublikanın 7
yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid (gözəllik
salonu, bərbərxana, dərzi sexi, ət mağazası) dövlət mülkiyyətində
olan 13 qeyri-yaşayış sahəsinin satışı həyata keçiriləcək.





























