Advertisement

Laos Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. Trend:

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.

Trend xəbər verir ki,
təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Gününün
106-cı ildönümü münasibətilə Laos xalqı adından və şəxsən öz
adımdan Zati-alinizə və xalqınıza ən səmimi təbriklərimi, xoş
arzularımı çatdırıram.

İnanıram ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan
Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq gələcək
illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənərək
genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı,
xoşbəxtlik, ali missiyanızda uğurlar, Azərbaycan xalqına isə
davamlı əmin-amanlıq və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.