Bakı. Trend:
Azərbaycan çempionu “Qarabağ” ilk transferini reallaşdırıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.
Ağdam təmsilçisi Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat
qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transfer
2027-ci ilin yayına qədər komandada çıxış edəcək.
Buntiçin son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya
təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı
Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
Qeyd edək ki, “Qarabağ”ın yeni qapıçısı Xorvatiyanın U-18 və
U-19 milli komandalarında da oynayıb.





























