
Bakı. Trend:
“Networking Azerbaijan” Biznes Klubunun növbəti “Summer
Networking Day” adlı tədbiri keçirilib Sahibkarların iştirakı ilə
keçirilmiş tədbirin məqsədi sahibkarlar arasında biznes
əlaqələrinin yaradılması və genişləndirilməsi olub.
Trend xəbər verir ki, tədbirdə çıxış edən Excelsior otelin
direktoru Emin Həsənovun “İstirahətin həyatda rolu” adlı çıxışı
olmuşdur.
Qeyd edilib ki, netvörkinq bizneslərin yeni əlaqələr qurması,
əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi baxımından
önəmlidir. Güclü bir şəbəkə ilə əhatə olunan sahibkarlar daimi
dəyişən mühiti izləmək və mövcud biznes ehtiyaclarını qarşılamaq
üçün əhəmiyyətli mövqeyə sahib olurlar.
Müxtəlif sektordan sahibkarların iştirakı ilə keçirilən tədbir
zamanı maraqlı tərəflər arasında işgüzar əlaqələrin qurulması təmin
edilib.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az





























