Advertisement

Bakının bir sıra rayonlarında qaz olmayacaq

Bakı. Trend:

Bu gün Bakının dörd rayonunun qaz təchizatında fasilə
yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xəzər, Binəqədi, Səbail və Sabunçu
rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma
işləri ilə əlaqədar iyunun 11-i saat 10:00-dan etibarən qaz
təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Buzovna
qəsəbəsinin, Binəqədi rayonu üzrə Nizami Nərimanov, İbrahim
Paşadadaşov küçələrinin, Səbail rayonu üzrə Badamdar qəsəbəsi, 3-cü
Massivin, Sabunçu rayonu üzrə isə Nardaran qəsəbəsinin Abşeron
küçəsi və Bağlar massivinin qaz təchizatında fasilə yaranacaq.