Bakı. Trend:
Xarici investorlar Azərbaycanın maliyyə bazarında aktiv
fəaliyyətə başlayıb.
Trend xəbər
verir ki, bu barədə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin
İdarə Heyətinin sədri Ceyhun Hacıyev 2023-cü il üzrə fəaliyyətin
yekunları və qarşıdakı dövr üzrə strateji planlara dair mətbuat
konfransında çıxışında deyib.
“Xarici bank Azərbaycanın istiqraz bazarında aktiv fəaliyyət
göstərir. Biz bu banka broker xidmətləri göstəririk. Fikrimizcə,
Milli Depozit Mərkəzinin beynəlxalq depozit mərkəzləri ilə
inteqrasiyasından sonra Azərbaycan bazarına daha çox xarici
investor daxil olacaq”, – deyə o vurğulayıb.
Xəbər yenilənəcək
(Tərcümə: Rəna Əbdürəhmanova)

























