
Bakı. Trend:
İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun
hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün
səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun
Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti
müəyyən edilib.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında
deyilir.
Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.





























