
Bakı. Trend:
ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində
səyləri dəstəkləyir.
Trend xəbər
verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya
məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Ermənistanınxarici işlər
naziri Ararat Mirzoyanla birgə iştirak etdiyiABŞ-Ermənistan
Strateji Dialoqu üzrə yekun iclasın açılışında deyib.
O, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə
olunmasının əhəmiyyətini vurğulayıb.
“Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanların
genişləndirilməsi üzərində çalışırıq. Ermənistan və Azərbaycan
arasında davamlı sülh olarsa, bu imkanlar daha da genişlənəcək və
biz bu istiqamətdə səyləri dəstəkləməkdən məmnunuq”, – o deyib.





























