Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Bakı şəhərində ictimai iaşə
dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real
ifadədə 5,5% artaraq, 432,9 milyon manat olub.
Trend bu
barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi
257,8 milyon manat olub ki, bu da ümumi dövriyyənin 59,5%-ni təşkil
edib.



























