
Bakı. Trend:
Belarus Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin
dirçəldilməsi prosesində iştirak edəcək.
Trend xəbər
verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə
deyib.
Lukaşenko bu yaxınlarda Azərbaycana səfərini, xüsusən də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə
işğaldan azad edilmiş ərazilərinə səfərini xatırlayıb və Belarusun
bu ərazilərin bərpasında Azərbaycana dəstək göstərməyə hazır
olduğunu bildirib.
“Biz bu işlərdə iştirak etməkdən məmnun olarıq, buna heç bir
maneə yoxdur”, – deyə Lukaşenko əlavə edib.





























