Bakı. Trend:
Milli Parkın ərazisində brokonyerliklə məşğul olan şəxs
saxlanılıb.
Trend xəbər verir ki, Su
Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin
əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə
həyata keçirdikləri tədbirlərlə Qızılağac Milli Parkının Kiçik
Körfəz su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan
Ə.Allahverdiyev saxlanılıb.
Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama
ləvazimatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.





























