Advertisement

Paşinyan Blinkenin köməkçisi ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edib

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin
Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenilə
görüşüb.

Trend xəbər
verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, görüşdə Bakı və İrəvan arasında sülh sazişinin
əldə olunması, Azərbaycanla delimitasiya mövzuları müzakirə
olunub.

Qeyd edək ki, Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin
Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms
O’BrayenErmənistanınxarici işlər naziri Ararat Mirzoyanla birgə
iştirak etdiyiABŞ-Ermənistan Strateji Dialoqu üzrə yekun iclasın
açılışında ABŞ-nin Azərbaycan və Ermənistan arasında davamlı sülh
istiqamətində səyləri dəstəklədiyini deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun