Bakı. Trend:
İyunun 10-da Ankarada Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan ilə təkbətək görüşü olub.
Görüşü Trend-ə şərh edən siyasi şərhçi Turab Rzayev bildirib
ki, iki ölkə strateji müttəfiqlərdir.
Onun sözlərinə görə, iki ölkə arasında belə görüşlərin olması
spesifik məna daşıyır.
“Strateji tərəfdaşlar olaraq, Azərbaycan və Türkiyə bir-birinə
siyasi, iqtisadi və hərbi sahələrdə dəstək verir. Ancaq hər görüş
öncəsi və sonrası planlaşdırılan strateji məsələlər üzrə
müzakirələr aparılır. Görüşdə ölkələrimiz arasında enerji,
nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi,
müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri
müzakirə olundu. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının
genişləndirilməsi xüsusilə qeyd edildi, Orta Dəhlizin inkişafı ilə
əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyət
önəmlidir.
Tranzit yollarının Azərbaycandan keçməsi ölkəmizin əhəmiyyətini
getdikcə artırır. Ölkəmiz bölgədə baş verən hadisələrin kilid
nöqtəsidir”, – deyə ekspert qeyd edib.
Geniş videomüsahibəni təqdim edirik:





























