Bakı. Trend:
İyunun 11-də saat 20 radələrində 2002-ci il təvəllüdlü
M.Kərimovanın Göygöl rayon ərazisində həyat yoldaşı tərəfindən
boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata
görə, qətli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, 1992-ci
il təvəllüdlü Ceyhun Mustafayev daha sonra polisə könüllü təslim
olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

























