Bakı. Trend:
İtaliyada keçiriləcək sammitdə “Yeddilik Qrupu” (G7) Rusiyaya
qarşı yeni sanksiyalar və ixrac nəzarətini elan edəcək.
Trend-in məlumatına görə, bu barədə Strateji Kommunikasiyalar
üzrə Koordinator Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə
deyib.
“Biz Rusiya hərbi maşını üçün xərcləri artırmağa davam edəcəyik
və bu həftə təsirli yeni sanksiyalar və ixrac nəzarəti paketini
elan edəcəyik”, – deyə o bildirib.
C.Kirbi gələcək məhdudiyyətlərlə bağlı əlavə təfərrüatlar
verməkdən imtina etdi, lakin Qərbin Rusiyaya və onun müdafiə
sənayesinə iqtisadi təzyiqi artırmaq niyyətində olduğunu
vurğuladı.





























