Bakı. Trend:
Braziliya Rusiyadan idxal etdiyi neft və qaz üçün ödənişlərdə
milli valyutalardan istifadə imkanını nəzərdən keçirir.
Trend-in məlumatına görə, bu barədə Braziliya xarici işlər
naziri Mauro Vieyra bildirib.
“Braziliya və Rusiya Federasiyası arasında milli valyutalarda
ödənişlər hələ həyata keçirilməyib, lakin bu imkan araşdırılır.
Braziliyaya Rusiya idxalına, Rusiyaya isə bizim mallara görə ödəniş
etməyə imkan verəcək bu mexanizm hələ də maliyyə naziri ilə
müzakirə olunacaq”, – deyə nazir qeyd edib.
O əlavə edib ki, beləliklə, Braziliya şirkətləri Rusiya
Federasiyasından qaz və neftin ödənişini milli valyuta mexanizmi
ilə həyata keçirəcəklər.



























