Advertisement

Gəncədə 12 ədəd odlu silah satan şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən
keçirilən tədbir zamanı 2000-ci ildə anadan olmuş Azər Abbasov
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə bildirilib ki, ondan
12 ədəd müxtəlif markalı avtomat və tapança aşkarlanıb. Saxlanılan
şəxs silahları Göygöl rayonu ərazisindən götürdüyünü və satmaq üçün
Gəncə şəhərinə gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A. Abbasov barəsində həbs
qətimkan tədbiri seçilib.