Bakı. Trend:
Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Gəncə Şəhər Prokurorluğundaən Trend-ə verilən məlumata görə, iyunun 11-də 2002-ci il
təvəllüdlü Kərimova Münəvvər Elxan qızının Göygöl rayonunun Ağsu
kəndi ərazisində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat
daxil olub.
Araşdırmalarla 1992-ci il təvəllüdlü Mustafayev Ceyhun İsrayıl
oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı
arvadı Münəvvər Kərimovanı boğaraq öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq
ibtidai istintaq aparılır.
Hadisədən sonra könüllü olaraq polisə təslim olan Ceyhun
Mustafayev prokurorluq tərəfindən şübhəli şəxs qismində
tutulub.

























