
Bakı. Trend:
Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin
rəhbəri, səfir Peter Mixalko ilə ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildirilib
ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ətraf mühitin
mühafizəsi sahəsində cari və gələcək əməkdaşlıq imkanları müzakirə
edilib.
Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi
aparılıb.



























