Bakı. Trend:
Marşrut nәqliyyat vasitәlәri üçün müəyyən edilən yollarda
hərəkət edən digər nəqliyyat vasitələri üçün yeni cərimə müəyyən
edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən
iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə
əksini tapıb.
Qanun layihəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9,
5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş (avtobus zolağı), ümumi
istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət
zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin
həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə
edilir.
Qeyd edək ki, hazırda bu cərimə 40 manatdır.





























