Advertisement

Fernandu Santuşun Bakıya gələcəyi tarix bəlli olub

Bakı. Trend:

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu
Santuşun Bakıya gələcəyi tarix bəlli olub.

Trend xəbər verir ki, portuqaliyalı mütəxəssis bu gün gecə
saatlarında ölkəmizdə olacaq.

Sabah tanınmış çalışdırıcının təqdimat mərasimi və mətbuat
konfransı keçiriləcək.

F.Santuşla müqavilənin detalları da məhz həmin tədbirdə
açıqlanacaq.