Advertisement

Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı möhkəmləndirilir

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Misir
Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin
inkişafında yeni səhifə açacaq. Səfərin əsas məqsədi Azərbaycanla
Misir arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına
və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın
gücləndirilməsinə töhfə verməkdir. Ölkələrimiz arasında olan yüksək
münasibətlər dərin tarixi-mədəni bağlılığı gücləndirir. Səfər
çərçivəsi zamanı imzalanacaq sənədlər ölkələrimiz arasında
əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da
möhkəmləndirəcək.

Cari ilin 8 iyun tarixində Qahirədə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatlarla çıxış edərək
bildirmişdir ki, “Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına
böyük töhfə verəcək. Keçən il biz Prezident əs-Sisini Azərbaycanda
qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki,
siyasi dialoq müntəzəm xarakter daşıyır. Biz razılaşdıq ki, bu
siyasi dialoq bundan sonra da davam etdirilsin. Mən Prezident
əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət etdim və şadam
ki, mənim dəvətim qəbul edilmişdir. Eyni zamanda, bildirdim ki,
Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi.
Bu münasibətlə həmkarımı təbrik etdim və eyni zamanda, Misirin bu
sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdim və bizim
nümayəndələrimiz daim təmasdadırlar. Beynəlxalq məsələlərin
müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün
beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz
beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT,
Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal
əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi
istiqamətində birgə səylər göstəririk. Bildiyiniz kimi, Misirin
dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik
etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara
malik olmuşdur”. Qeyd etmək lazımdır ki, Azərbaycanla Misir
arasında əlaqələr qədim tarixi köklərə bağlıdır. Hələ Azərbaycan
SSRİ tərkibində olan vaxtlarda Misirlə yaxın dostluq əlaqələri
mövcud olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu
dostluq əlaqələri güclənmiş və son zamanlar daha da dərinləşmişdir.
Azərbaycanla Misir münasibətləri özünün yeni inkişaf mərhələsinə
qədəm qoyub. Bakı və Qahirə arasında inten­sivləşən əlaqələr,
imzalanan sənədlər hər iki xalqın maraqlarına cavab verir. Ölkə
başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın sürətlə
genişləndi­rilməsi baxımından ölkələrimiz üçün yeni imkanlar
yaradır və ölkələrimiz arasında münasibətlərin inki­şafı üçün böyük
potensialın olmasından xəbər verir. Bu baxımdan cənab İlham
Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əmək­daşlığın
daha da dərinləşdirilməsinə yeni töhfələr verəcək. Ölkələrimiz
arasında olan əməkdaşlıq dünyada islamo­fobiya meyillərinin
gücləndiyi dövr­də xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz beynəlxalq
miqyasda özünü göstərən dini, irqi ayrı-seçkilik kimi zərərli
tenden­siyalara qarşı fəal mübarizə aparır. Belə olduğu halda İslam
həmrəyliyi prinsipini rəhbər tutan Azərbaycan bu baxımdan ərəb
dövlətləri ilə həm ikitərəfli eyni zamanda İslam Əməkdaşlıq
Təşkilatı, Birləşmiş Millətlər Təşki­latı və başqa beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsində
maraqlıdır. Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində hər zaman
Misirlə münasibətləri xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı,
Rauf Əliyev