Advertisement

Son bir ilin hər ayında rekord temperatur qeydə alınıb – NASA

Bakı. Trend:

NASA-nın çərşənbə axşamı açıqladığı təhlilə əsasən, son bir ilin
hər ayı üçün orta qlobal temperatur rekord həddə çatıb.


Trend
NASA-nın saytına istinadən xəbər verir ki, son 12 ay
ərzində orta qlobal temperatur XX əsrin ilkin səviyyəsindən
(1951-1980-ci illər) 2,34 dərəcə Fahrenheit (1,30 dərəcə Selsi)
yuxarı olub.

Quruda və okeanlardakı nəhəng meteoroloji stansiyalar
şəbəkəsinin temperatur göstəricilərinə əsaslanaraq alimlər qeyd
edirlər ki, bu hadisə insan fəaliyyəti, xüsusilə də istixana qazı
emissiyaları ilə idarə olunan uzunmüddətli istiləşmə
tendensiyasının nəticəsidir.

NASA-nın baş alimi və baş iqlim müşaviri Keyt Kalvin daha isti
günlərin hələ yaşanacağını vurğulayaraq qeyd edib ki, temperaturun
artması bütün dünyada insanlara və ekosistemlərə təsir göstərir.
Təhlillərə görə, bu tendensiya son qırx ildə özünü büruzə verib və
qeydiyyat aparıldığı vaxtdan ardıcıl ən isti on il olub.