
Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında iyunun 13-14-də gündüz
saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı,
şimşək çaxacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə,
Azərbaycanın rayonlarında iyunun 13-ü gündüzdən 14-ü axşamadək bəzi
yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək
çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda
(Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur,
Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) yağıntıların intensiv və
güclü olacağı, dolu düşəcəyi ehtimalı var.





























