Advertisement

Türkiyə İraq sərhədinin təhlükəsizliyini tam təmin edəcək – Ərdoğan

Bakı. Trend:

Türkiyə bu ilin yay aylarından etibarən İraq sərhədinin
təhlükəsizliyini tam təmin edəcək.

Trend xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan əsgərlərlə iftar yeməyində bildirib.

“Bu ilin yay aylarından etibarən İraq sərhədimizin
təhlükəsizliyini tam təmin edəcəyik, Suriyada isə yarım qalan
işlərimizi mütləq tamamlayacağıq”, – deyə Ərdoğan bildirib.

Güclü orduya sahib olmağın Türkiyə üçün seçimdən daha çox
öhdəlik olduğunu qeyd edən Ərdoğan ölkəsinin son illər müdafiə
sənayesi sahəsindəki uğurlarından bəhs edib, hazırda hədəfin
insansız sualtı qayıqlar hazırlamaq olduğunu deyib.

Bu günün tarixi əhəmiyyətindən bəhs edən Prezident Ərdoğan
Çanaqqala şəhidlərini yad edərək bölgədə terrordan azad bir mühitin
yaradılmasını təkcə şəhidlərə deyil, gələcək nəsillərə də bir borc
kimi gördüklərini vurğulayıb.