Advertisement

AVRO-2024-ün ilk matçının hakimləri bəlli olub

Bakı. Trend:

AVRO-2024-ün açılış matçını idarə edəcək hakimlər bəlli
olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, ev sahibi Almaniyanın Şotlandiya ilə
qarşılaşması fransalı baş hakim Kleman Tyurpenə həvalə edilib.

Ona Nikolya Dano və Benjamin Paje köməklik edəcəklər. VAR-a
rəhbərlik isə Jerom Brisara tapşırılıb.

Qeyd edək ki, Almaniya – Şotlandiya matçı iyunun 14-də saat
23:00-da start götürəcək.