Bakı. Trend:
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Birləşmiş Ştatlarının
Dövlət Departamentinin Peşəkar Təqaüd Proqramının azərbaycanlı
iştirakçıları ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki Səfirliyi
məlumat yayıb.
Qeyd edilir ki, proqramın iştirakçıları ABŞ cəmiyyətini daha
dərindən dərk etdikcə liderlik, peşəkar bacarıqları
təkmilləşdirmək, Amerika və digər proqram iştirakçıları ilə
əlaqələri genişləndirmək üçün nəzərdə tutulmuş 5-6 həftəlik qlobal
mübadilə layihələrinə qoşulmaq üçün xüsusi fürsət əldə ediblər.




























