Bakı. Trend:
Azərbaycanlı futbolçu Ramil Şeydayev “Kocaelispor”da
qalacaq.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu qərarı komandanın baş məşqçisi
Ertuğrul Sağlam verib.
İki gün əvvəl İzmit klubuna yeni prezident seçilib. Recep
Durulun rəhbərliyi ilə keçirilən iclasda komandanın gələcək
planları müzakirə olunub. Baş məşqçi Sağlam Şeydayevin heyətdə
saxlanılması ilə bağlı rəy təqdim edib. Bundan başqa, təcrübəli
mütəxəssis xorvatiyalı Yosip Vukoviç və gürcü Gigi Beridzenin də
növbəti mövsümdə “Kocaelispor”da çıxış etməsinin tərəfdarıdır.
Qeyd edək ki, Ramil bu ilin yanvarında “Kocaelispor”a keçib.
Türkiyə 1-ci Liqasında uğursuz çıxışdan sonra Şeydayevin komandanı
tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb.





























