Advertisement

ABŞ və Ukrayna ikitərəfli təhlükəsizlik sazişi imzalayacaqlar

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski
iyunun 13-ü İtaliyada keçiriləcək G7 sammiti çərçivəsində
ikitərəfli təhlükəsizlik sazişi imzalayacaqlar.

Trend xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik müşaviri Ceyk
Sallivan bildirib ki, Ukraynaya dəstək sazişi ABŞ qoşunlarının
Ukraynanın müdafiəsində birbaşa iştirakını nəzərdə tutmayıb.

“Bu sazişlə biz ABŞ-ın Ukrayna xalqını dəstəklədiyini, onların
yanında olduğunu və onların təhlükəsizlikə bağlı məsələlərinin
həllinə kömək edəcəyimizi nümayiş etdirmək istəyir”-, deyə müşavir
qeyd edib.