Bakı. Trend:
“WhatsApp” bir müddətdir ki, profil şəkilləri üçün skrinşotların
bloklanması funksiyası üzərində işləyir.
Trend-in məlumatına görə, yeni funksiya istifadəçilərin
skrinşot çəkməsinə və şəkilləri icazəsiz paylaşmasına mane olan
əlavə qoruma funksiyasıdır.
İstifadəçilər profil şəklinin skrinşotunu çəkməyə cəhd etdikdə,
“WhatsApp məxfiliyi qorumaq üçün skrinşot çəkməyi qadağan edib”
xəbərdarlığı ilə qarşılaşacaq.
Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki,
funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı
hələlik məlum deyil.
Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan
istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq
üçün “WhatsApp”dan istifadə edir. “WhatsApp” ödənişsizdir və bütün
dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı
mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.





























