Advertisement

Paşinyan polisin parlament binası qarşısındakı hərəkətlərini düzgün adlandırıb

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan polisin parlament binası
qarşısındakı hərəkətlərini düzgün adlandırıb.

Trend bu
barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Paşinyan, həmçinin, müxalifəti qanunverici orqana hücum cəhdində
ittiham edib.

Qeyd edək ki, Ermənistanda dünən parlament binasının
qarşısındakı etiraz aksiyasından sonra 101 vətəndaş tibbi yardım
üçün müraciət edib.

Məlumata görə, 85 nəfər artıq xəstəxanadan buraxılıb, 16 nəfər
müşahidə altında saxlanılıb. Biləyi zədələnən bir nəfər əməliyyat
olunub, pasiyentin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir

Həmçinin, qeyd edək ki, bu gün səhərdən etiraz aksiyasının
iştirakçıları artıq İrəvanda Respublika meydanında, Hökumət Evinin
qarısında toplanıb. Ərazidə polis kordonları da var.

Dünən məlum olub ki, İrəvanda polis parlament binası
yaxınlığında etirazçılara qarşı səs-küylü qumbaralardan istifadə
edir. Etirazçılardan birinin biləyi qopub.

Ermənistanda etirazlar aprelin ortalarından keçirilir. Hərəkat
“Vətən naminə Tavuş” adını alıb, etiraz iştirakçıları arxiyepiskop
Baqrat Qalstanyanın başçılığı ilə İrəvana yürüşə başlayıb.
Qalstanyan həmçinin müxalifətin Paşinyana qarşı impiçment
proseduruna başladığını bildirib.

Paşinyan hələ may ayında kilsəni təsir agenti adlandırıb və
yaxın aylarda bu problemi həll edəcəyini bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun