Advertisement

Bakıda 3 min manatlıq qızıl oğurlanıb

Bakı. Trend:

Bakıda 3 min manatlıq qızıl oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, iyunun 10-da Zabrat qəsəbəsindəki evlərin
birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması
barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli
bilinən, əvvəllər məhkum olunmuş Emil Səfərəliyev müəyyən olunaraq
saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.