
Bakı. Trend:
25 iyun 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Memarlıq
və İnşaat Universitetinin (AzMİU) nəzdində Fizika-riyaziyyat
təmayüllü liseyə qəbul imtahanı keçiriləcək.
İmtahanlarda ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda
təhsil alan VI, VII, VIII və IX sinif şagirdləri iştirak
edəcəklər.
Qəbul imtahanı VII və VIII siniflər üçün Azərbaycan dili və
riyaziyyat fənləri üzrə, IX və X siniflər üçün isə Azərbaycan dili,
riyaziyyat və fizika fənlərindən keçiriləcək.
Test tapşırıqları VII sinifə qəbul üzrə Azərbaycan dili
fənnindən 20, riyaziyyat fənnindən 30 sual olmaqla cəmi 50, VIII
sinifə qəbul üzrə Azərbaycan dili fənnindən 25, riyaziyyat
fənnindən 35 sual olmaqla cəmi 60, IX-X sinifə qəbul üzrə isə
Azərbaycan dili fənnindən 20, riyaziyyat fənnindən 20, fizika
fənnindən 20 sual olmaqla cəmi 60 sualdan ibarət olacaq.
Qeyd edək ki, sənəd qəbulu üçün son tarix 14 iyundur. İmtahanda
iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!
Qeydiyyat üçün 2 ədəd 3×4 fotoşəkil və şagirdin şəxsiyyət
vəsiqəsinin surətini liseyə təqdim etmək lazımdır.
Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələri ilə əlaqə
saxlaya bilərsiniz.
Tel: 994+ (012) 539 54 48, 994+ (055) 551 51 63
E-Mail: [email protected]




























