Advertisement

Azərbaycanla Yunanıstan arasında Anlaşma Memorandumu imzalandı

Bakı. Trend:

Azərbaycanla Yunanıstan arasında bir sıra sənədlər
imzalanıb.

Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz
Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

“Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası
Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə
əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclasında ikillik Fəaliyyət
Planını əks etdirən Protokol, AZPROMO və “Enterprise Greece”
arasında Anlaşma Memorandumu imzalandı”, – nazir qeyd edib.

Xəbər yenilənəcək