
Bakı. Trend:
Bu gün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin
imzalanmasına mane olan ən başlıca amillərdən biri Ermənistan
Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını
təsbit edən müəyyən müddəaların mövcud olmasıdır. Azərbaycan
dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün
Ermənistan konstitusiyasında dəyişiklik edilməli və ərazi iddiaları
ilə bağlı müddəalar aradan qaldırılmalıdır.
Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament
sədrləri ilə keçirilən görüşdə açıq şəkildə Azərbaycanın şərtini
bir daha bəyan etdi. Dövlət başçısı bildirdi ki, “Ermənistanın
hazırkı konstitusiyası dəyişməz qaldığı halda, Ermənistanla
Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün
deyil”.
Məsələ ilə bağlı Trend-ə videomüsahibə verən Milli Məclisin deputatı
Ceyhun Məmmədov bildirib ki, bu gün biz sülh müqaviləsi imzalamaq
istəyiriksə, Ermənistan öz konstitusiyasında düzəliş etməlidir.
“Biz sülh müqaviləsi imzalasaq da, Ermənistanın
konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası var.
Yəni burada açıq aydın təhlükəyə təhdid var”, – deyə deputat
bildirib.
Daha geniş videomüsahibəni təqdim edirik:





























