Bakı. Trend:
Minsk Ermənistanın baş naziri Nikol Paşinyanın impulsiv
açıqlamalarını sakitliklə qiymətləndirir.
Trend xəbər
verir ki, bu barədə Belarusun Rusiyadakı səfirliyinin müşaviri
Aleksandr Şpakovski özünün “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Belarus Respublikası Ermənistandakı daxili
siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır,
qarşılıqlılıq prinsipinə əsaslanaraq, öz tərəfdaşları və
müttəfiqlərindən də bənzər yanaşmalar gözləyir.
“Eyni zamanda, tərəfdaş və müttəfiq seçimi rəsmi Minskin suveren
məsələsidir və bu halda “ya, yaxud” yanaşması bizim üçün
qəbuledilməzdir. Biz qardaş Azərbaycanla bütün sahələrdə, o
cümlədən hərbi-texniki sahədə qarşılıqlı əlaqədə olmuşuq və bundan
sonra da bunu davam etdirəcəyik”, – deyə Şpakovski qeyd edib.





























