Advertisement

Çətin yola çıxdığımızı bilirik – “Şamaxı”nın yeni baş məşqçisi (MÜSAHİBƏ)

Bakı. Trend:

“Şamaxı”nın yeni baş məşqçisi Ayxan Abbasov İdman.bizə müsahibə
verib.

Trend İdman.biz
istinadən müsahibəni təqdim edir:

– “Şamaxı” ilə bu gün müqaviləniz rəsmiləşdi. Nələri
nəzərə alıb təklifi qəbul etdiz?

– “Turan Tovuz”dan ayrıldıqdan sonra “Şamaxı” rəhbərliyi təklif
göndərdi. Oturub müzakirə etdik. Qarşıya qoyulacaq hədəflərdən
danışdıq. Çətin yola çıxdığımızı bilirik, amma bundan heç vaxt
çəkinməmişik.

– Bəs sizin rəhbərlikdən istəyini nə oldu?

– Bunu açıqlamaq istəmirəm. Mənim də, onların da təklifləri
oldu. Ən əsası yekunda razılaşdıq.

– Qarşınıza hansı hədəflər qoyulub?

– Klub I Liqadan Premyer Liqaya bu il yüksəlib. Bu gün əsas
məqsəd yaxşı bir komanda qurmaqdır. Bunun üçün əlimizdən nə gəlirsə
onu etməliyik. Hədəflər Premyer Liqada möhkəmlənməkdir. Ondan sonra
büdcəmizə uyğun addımlar atacağıq.

– Yeni komandanı formalaşdırmaqla bağlı planlarınız
var?

– İlk olaraq seleksiya düzgün olmalıdır. Böyük büdcəmiz yoxdur.
Bu səbəbdən də buna uyğun hərəkət edəcəyik.

– “Şamaxı” siyasətini davam etdirərək yalnız
azərbaycanlı futbolçularla davam edəcək, yoxsa legionerlər də cəlb
olunacaq?

– Yox, yalnız yerli futbolçular olmayacaq. Büdcəyə uyğun
məbləğdə legionerlər transfer edəcəyik.

– Komandada işə nə vaxt başlayacaqsan və hazırlıq planı
necədir?

– Bu gün müqaviləm elan olundu. Qarşıdakı günlərdə planlar
haqqında geniş məlumat verəcəyik.