
Bakı. Trend:
ABŞ-də yaşayan diaspor fəalları “Diaspor fəaliyyətində xidmətə
görə” Azərbaycan Respublikasının medalları ilə təltif
ediliblər.
Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının
tədqiqatçısı və kamança ifaçısı Cefri Verbok Azərbaycan dilinin və
mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə görə
“Diaspor fəaliyyətində xidməti görə” medalı ilə təltif olunub.
Cefri Verboka medal Diasporla İş üzrə Dövlət Komitəsinin sədr
müavini Elşad Əliyev tərəfindən təqdim olunub.
Virciniya ştatında yaşayan “United Charities for Azerbaijan”
(UCA) xeyriyyə təşkilatının rəhbəri Gündüz Tahirli Azərbaycan
diasporunun fəaliyyətinə verdiyi mühüm töhfəyə görə “Diaspor
fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə
təltif olunub. Gündüz Tahirliyə medal Diasporla İş üzrə Dövlət
Komitəsinin sədr müavini Vaqif Seyidbəyov tərəfindən təqdim
olunub.
Hər iki diaspor fəalı fəaliyyətlərinin yüksək
qiymətləndirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan
dövlətinə minnətdarlıqlarını ifadə ediblər.





























