Bakı. Trend:
2018-ci ildən etibarən Ermənistanda söz və fikir azadlıqları ilə
bağlı vəziyyət paradoksal da görünsə, Qərbin münasibətinə rəğmən,
daha da acınacaqlı hal alıb.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli
deyib.
O bildirib ki, nə qədər Ermənistandakı vəziyyəti gizlətməyə
çalışsalar da, bəzi beynəlxalq təşkilatların hesabatlarında qismən
olsa da, özünü büruzə verməkdədir.
“Belə ki, Ermənistan 2023-cü il ərzində siyasi hüquqlar, söz və
fikir azadlıqları və digər istiqamətlərdə olan hüquqlarla bağlı
təxminən 55 bal geriləyib. Nəticə etibarilə bu göstərici kifayət
qədər yüksəkdir. Qərbin demokrat kimi qələmə verməyə çalışdığı
Paşinyan hakimiyyəti öz siyasi opponentlərinə qarşı ən sərt
tədbirlər həyata keçirməkdədir. Bu, 2020-ci ildən etibarən özünü
qabarıq şəkildə göstərməyə başladı”, – o qeyd edib.
Daha geniş videomüsahibəni təqdim edirik:





























