Advertisement

Pakistanda güclü zəlzələ baş verib

Bakı. Trend:

Pakistanın qərbində 5,4 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, yeraltı təkanların episentri təxminən 27,6
min nəfər əhalisi olan Nuşki şəhərindən (Bəlucistan əyaləti) 68 km
şimal-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.