Advertisement

Büdcənin icrasında 7 faiz profisit yaranıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri
6555,0 milyon manat, xərcləri isə 5253,0 milyon manat təşkil
edib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, hesabat
dövründə büdcənin icrasında 1302,0 milyon manatlıq və ya ümumi
daxili məhsulun 7 faizi qədər profisit yaranıb.